Logo

İrandan Azərbaycana külli miqdarda narkotik gətirilməsinin qarşısı alındı

İrandan Azərbaycana külli miqdarda narkotik gətirilməsinin qarşısı alındı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə və psixotrop həblərin keçirilməsinin qarşısı alınıb.

Sfera.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Sərhəd Qoşunlarının "Horadiz" və "Lənkəran" sərhəd dəstələrinin xidməti ərazilərində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumilikdə 49 kiloqram 950 qram narkotik vasitə və 3 000 ədəd psixotrop tərkibli həbin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətirilməsinin qarşısı alınıb.

Əməliyyat tədbirləri zamanı "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində iki halda 39 kiloqram 700 qram narkotik vasitə və 3 000 ədəd "Metadon M-40" psixotrop həbi, "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində isə 10 kiloqram 250 qram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR