Dəmir örtük maşınların üstünə aşdı - Video
Kateqoriya məlum deyil
Xırdalan şəhərində güclü külək nəticəsində dəmir örtük avtomobillərin üzərinə aşıb.
Sfera.az-ın məlumatına görə, hadisə zamanı örtük 5 avtomobilin üzərinə düşüb.
Ümumilikdə isə 9 avtomobilə ziyan dəydiyi bildirilir.
Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə hələlik məlumat yoxdur.






