Logo

Avtomobil yoldan çıxaraq aşdı – Ana və qızı xəsarət aldı

Avtomobil yoldan çıxaraq aşdı – Ana və qızı xəsarət aldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Salyan rayonunda ana və qızının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az-ın Cənub bürosu xəbər verir ki, hadisə Ələt–Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai Avante” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı avtomobildə olan Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Ağayeva Almagül Həsənağa qızı və Biləsuvar rayon sakini, 1981-ci il təvəllüdlü Ağayeva Nailə Böyükağa qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Məlum olub ki, xəsarət alanlar ana və qızıdır.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR