Logo

Zabratda qanunsuz fəaliyyət göstərən ət emalı müəssisəsi aşkarlandı

Zabratda qanunsuz fəaliyyət göstərən ət emalı müəssisəsi aşkarlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakının Zabrat qəsəbəsində fəaliyyət göstərən ət emalı müəssisəsində ciddi qanun pozuntuları aşkarlanıb.

Sfera.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları mediada yayılan məlumat əsasında Sabunçu rayonu, Zabrat qəsəbəsi, X. Əliyev küçəsində yerləşən müəssisədə yoxlama aparıblar.

Araşdırma zamanı fiziki şəxs Lyubimov Tahir Qəhrəman oğluna məxsus obyektin qida təhlükəsizliyi sahəsində müvafiq təsdiq olmadan fəaliyyət göstərdiyi müəyyən edilib. Həmçinin toyuq ətlərinin müşayiətedici sənədlərinin olmadığı, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu üzə çıxıb.

Aşkarlanan nöqsanlarla bağlı obyektin sahibi barəsində inzibati protokol tərtib edilib. Toyuq ətindən nümunələr götürülərək laborator müayinəyə göndərilib, məhsulların dövriyyəsi qadağan olunub.

Pozuntular aradan qaldırılanadək müəssisənin fəaliyyəti dayandırılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR