Bakı-Qazax yolunda ağır qəza: Ölən və yaralananlar var
Kateqoriya məlum deyil
Bakı-Qazax magistral yolunda avtomobil aşıb.
Sfera.az xəbər verir ki, hadisə yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1992-ci il təvəllüdlü A.Müslümanov, 1999-cu il təvəllüdlü E.Həmzəyev və 1987-ci il təvəllüdü Ş.İsmayılova müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Xəsarət alanlardan A.Müslümanova göstərilən tibbi yardımlara baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
///oxu.az






