Yaşadığı evdən meyiti tapıldı
Kateqoriya məlum deyil
Bərdədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb.
Sfera.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə tapılıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma başlanılıb.






