Logo

Gəncədə avtomobil qəfil alışaraq yandı - FOTO

Gəncədə avtomobil qəfil alışaraq yandı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gəncədə “Chevrolet Cruze” markalı avtomobil qəfil alışaraq yanıb.

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Yanğın nəticəsində avtomobil tamamilə yanaraq yararsız hala düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunublar. Yanğınsöndürənlər alovun ətrafa yayılmasının qarşısını alıblar.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Fotolar2
Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR