Logo

Ağır qəza - Ölən var

Ağır qəza - Ölən var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 107-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Məmmədov Rəşid Şahmərdan oğlu idarə etdiyi “Mersedes Vito” markalı sərnişin avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarına aşıb.

Hadisə zamanı avtobusda olan 6 nəfərdən biri həyatını itirib, biri isə xəsarət alıb.

Həyatını itirən şəxs 1965-ci il təvəllüdlü Məmmədova Şərqiyə Mənəf qızı, xəsarət alan isə 1956-cı il təvəllüdlü Məmmədova Şəfiqə Əli qızıdır.

Məlumata görə, xəsarət alan sürücünün həyat yoldaşı, həyatını itirən isə qardaşının həyat yoldaşıdır. Hadisə iştirakçılarının hamısı bir-biri ilə qohumdur və əslən Qax rayonundandırlar./apa

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR