Logo

Toy günü sükan arxasında qaydaları pozdu- Həbs edildi

Toy günü sükan arxasında qaydaları pozdu- Həbs edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gəncədə avtoxuliqanlıq edən şəxs həbs olunub.

Sfera.az xəbər verir ki, hadisə şəhərin Mirzə Şəfi Vazeh küçəsində qeydə alınıb.

29 yaşlı Səbuhi Kərimov (şərti adla) özünə məxsus “VAZ-2106” markalı avtomobillə avtoxuliqanlıq hərəkətlərinə yol verib. Hadisə ilə əlaqədar o, saxlanılaraq, barəsində müvafiq protokol tərtib olunub.

S. Kərimov ifadəsində dostunun toy günündə etdiyi bu hərəkəti “cavanlıq” adlandırıb. Onun sözlərinə görə, avtomobili sağ-sol edərək yol hərəkəti qaydalarını pozub. O, əməlindən çox peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini deyərək, barəsində olan işə xitam verilməsini istəyib.

Məhkəmənin qərarı ilə S. Kərimov 15 gün müddətinə inzibati qaydada həbs edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR