Logo

Bulvarda nalayiq davranış – Gənc həbs olundu

Bulvarda nalayiq davranış – Gənc həbs olundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda ictiami yerdə nalayiq ifadələr işlədən şəxs həbs olunub.

Sfera.az-ın xəbərinə görə, hadisə Səbail rayonunda, Dənizkənarı Milli Park ərazisində qeydə alınıb.

24 yaşlı İmişli rayon sakini, Xəlil Behbudov (şərti adla) telefonla danışarkən uca səslə nalayiq ifadələr işlədib. Bu zaman ərazidən xidmətdə olan polis əməkdaşları ona yaxınlaşaraq, hərəkətlərini dayandırmasını tələb etsələr də, Xəlil qanuni tələbə məhəl qoymayıb.

Nəticədə o saxlanılaraq, polis şöbəsinə aparılıb və barəsində müvafiq protokol tərtib olunub.

X. Behbudov ilk dəfədir ki, belə hadisə ilə üzləşdiyini və bir daha bu kimi əməllərə yol verməyəcəyini deyərək, barəsində cərimə növündə cəza təyin eidlməsini istəyib.

Məhkəmənin qərarı ilə o, 1 ay müddətinə inzibati qaydada həbs olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR