Logo

Balıq tutmağa gedən Laçın sakini gölməçədə boğularaq öldü

Balıq tutmağa gedən Laçın sakini gölməçədə boğularaq öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Laçın rayon sakini Ağcabədidə balıq tutarkən boğularaq ölüb.

Sfera.az bildirir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən “Axmaz” adlı gölməçədə baş verib.

Laçın rayonunun Fingə kənd sakini, hazırda Fingə obasında yaşayan, 1974-cü il təvəllüdlü Rafiq Əliyev Muğan oğlu balıq tutmaq üçün gölməçəyə gedib. O, burada suda boğularaq həyatını itirib.

Yaxınlıqdan keçən sakinlər R.Əliyevin meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır./teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR