Qubada 19 kiloqram narkotik vasitə aşkarlandı

Qubada 19 kiloqram narkotik vasitə aşkarlandı
Kateqoriya məlum deyil
T

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb.

Sfera.az xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş R.Əliyev və S.Talıbov saxlanılıblar. Keçirilmiş tədbirlərlə həmin şəxslərdən ümumilikdə 19 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR