Bərdədə ağır yol qəzası: Ölən və xəsarət alanlar var

Bərdədə ağır yol qəzası: Ölən və xəsarət alanlar var
Kateqoriya məlum deyil
T

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az bildirir ki, qəza günorta saatlarında rayonun Alpout kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı “VAZ-2109” və “Saipa” markalı avtomobillər toqquşub. Nəticədə avtomobillərdə olan 4 nəfər 1985-ci il təvəllüdlü Mahmudov Elnur Nurəddin oğlu, 1996-cı il təvəllüdlü Məmmədəliyeva Zemfira Vaqif qızı, 1974 - cü il təvəllüdlü Abbasov Xələf Həsənağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, “VAZ-2109” markalı avtomobilin sürücüsü, Şəki rayon sakini, 1989-cu il təvəllüdlü Məmmədiyeyev Aydın Akif oğlunun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır./teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR