Vəziyyəti ağır olsa da, xəstəxanada qalmaq istəmədi

Vəziyyəti ağır olsa da, xəstəxanada qalmaq istəmədi
Kateqoriya məlum deyil
T

Bir müddətdir mədəaltı vəzi xərçəngi müalicəsi alan 67 yaşlı müğənni Soner Olqun yüksək hərarət səbəbilə xəstəxanaya aparılıb və reanimasiyaya yerləşdirilib.

Sfera.az xəbər verir ki, özünə gəldikdən sonra Olqun "Məni evimə aparın" deyə bildirib. Həkimlərin rəyi və ailəsinin razılığı ilə reanimasiyadan çıxarılan ifaçı evinə aparılıb.

Sənətçinin keçmiş həyat yoldaşı Özlem Koldaş onun vəziyyətinin çox kritik olduğunu bildirib:

"Hazırda bizim üçün ən vacib olan onun rahatlığı, sakitliyi və sevgini hiss etməsidir. Sizdən yeganə xahişimiz dualarınızı və xoş arzularınızı əsirgəməməyinizdir".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR