Şəmkirdə qatar 24 yaşlı gəncin canını aldı

Kateqoriya məlum deyil
T
Şəmkirdə ölümlə nəticələnən dəmiryol hadisəsi baş verib.
Sfera.az-ın məlumatına görə, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb.
Belə ki, Bakı–Tbilisi–Bakı sərnişin qatarı Bakı istiqamətində hərəkətdə olarkən kənd sakini, 2002-ci il təvəllüdlü Rahil Vəliyevi vurub.
24 yaşlı gənc aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.






