Rusiyada dəhşətli qar uçqunu: 11 nəfər həlak oldu -VİDEO

Kateqoriya məlum deyil
T
Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasında dağlıq ərazidə baş verən dəhşətli qar uçqunu faciə ilə nəticələnib.
Sfera.az xəbər verir ki, Bezenqi dərəsindəki Mijirgi dağı ərazisində 33 nəfərlik alpinist qrupu hərəkətdə olarkən anidən gələn nəhəng qar kütləsinin altında qalıb.
İlkin məlumatlara görə, hadisə nəticəsində 11 turist həyatını itirib, 6 nəfər isə xəsarət alıb. Qrupdakı 10 nəfər öz gücü ilə xilas ola bilsə də, itkin düşənlərin axtarış-xilasetmə işləri mürəkkəb hava şəraiti və təkrar uçqun riski fonunda davam etdirilir.






