Başına boru düşən kişi öldü

Kateqoriya məlum deyil
T
Cəlilabad sakini Astarada bədbəxt hadisə nəticəsində ölüb.
Sfera.az-ın verdiyi xəbərə görə, hadisə Astara rayonunun dağ kəndi olan Təxtənəkəran kəndində qeydə alınıb.
Belə ki, Cəlilabad rayonunun Vənlik kənd sakini Ramin Simran oğlu Kərimov vətəndaşa məxsus həyətyanı sahədə artezian quyusu qazarkən başına boru düşüb.
R.Kərimovun yanında işləyən həmkəndliləri onu təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı həkiməqədər ölüm qeydə alınıb.
Qeyd edək ki, mərhum ailəli olub və onun himayəsində iki azyaşlı övladı var.
Faktla bağlı araşdırma aparılır.






