Tərtərdə iki avtomobil toqquşub, sürücülər xəsarət alıb

Tərtərdə iki avtomobil toqquşub, sürücülər xəsarət alıb
Kateqoriya məlum deyil
T

Tərtər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, qəza rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Kəbirli kənd sakini Müşfiq Məmmədovun idarə etdiyi "Ford" markalı avtomobil əks istiqamətdə hərəkət edən Xoruzlu kənd sakini Adəm Ağalarovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub

Nəticədə hər iki nəqliyyat vasitəsinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR