Şəmkirdəki qəzada yaralanan 5 yaşlı uşaq da vəfat etdi

Şəmkirdəki qəzada yaralanan 5 yaşlı uşaq da vəfat etdi
Kateqoriya məlum deyil
T

Şəmkirdəki qəzada xəsarət alan 5 yaşlı uşaq vəfat edib.

Sfera.az xəbər verir ki, bir neçə gün öncə Şəmkir rayonunun Əliyaqublu kəndində qəzaya düşərək ağır xəsarət alan 2021-ci il təvəllüdlü Qoşqar Aslanov yerləşdirildiyi Şəmkir Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, qəzada Q. Aslanovun atası Əlizamin Aslanov, İlahə Məmmədova (1988), Elvin Məmmədov (2009), Hicran Həmzəyeva (1992), Zəhra Vəliyeva (2018) da həlak olub. Yaralı sayı isə beş nəfərdir.

Qeyd edək ki, hadisə Əliyaqublu kəndi yaxınlığında “VAZ” markalı avtomobillə “KİA” markalı maşının toqquşması nəticəsində baş verib.\\qafqazinfo

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR