Azərbaycanlı alim vəfat etdi
Kateqoriya məlum deyil
Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə professor Abdullar Avey məlumat verib.
O bildirib ki, Surxay Əkbərov təxminən 35 il Türkiyənin İstanbul Texniki Universiteti və Yıldız Texniki Universitetində fəaliyyət göstərib.
S.Əkbərov bu gün Bakıda dəfn olunacaq.
Allah rəhmət eləsin!







