Stadionda idman edərkən öldü

Stadionda idman edərkən öldü
Kateqoriya məlum deyil
T

Göyçay rayonunda stadionda ölüm hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, rayonun Məhəmməd Əmin Rəsulzadə küçəsində yaşayan 1966-cı il təvəllüdlü Ehtiram Xəlilov bu gün səhər saatlarında idman etmək üçün stadiona gedib. O, daha sonra özünü pis hiss edib. Dərhal hadisə yerinə həkim gəlsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, mərhum ürək çatışmazlığından vəfat edib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma başlanılıb.


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR