Logo

Lənkəranda qanunsuz toyuq kəsimi müəssisəsi aşkarlandı

Lənkəranda qanunsuz toyuq kəsimi müəssisəsi aşkarlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Lənkəran rayonu, Sütəmurdov kəndində fəaliyyət göstərən, Hüseynov Rüfət Almas oğluna məxsus toyuq kəsimi müəssisəsində yoxlama keçirilib.

Sfera.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, obyektin icazəsi olmadan fəaliyyət göstərdiyi aşkarlanıb.

Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı və antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarəti olmadan kəsildiyi müəyyən edilib, eləcə də digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu aşkarlanıb.

Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

Qida zəncirində təhlükəsizliyin təmin olunması və əhalinin sağlamlığının qorunması üçün heyvan və quş kəsimi mütləq baytarlıq nəzarəti altında aparılmalıdır.

Lənkəranda qanunsuz toyuq kəsimi müəssisəsi aşkarlandı — foto 1
Lənkəranda qanunsuz toyuq kəsimi müəssisəsi aşkarlandı — foto 2
Lənkəranda qanunsuz toyuq kəsimi müəssisəsi aşkarlandı — foto 3
Lənkəranda qanunsuz toyuq kəsimi müəssisəsi aşkarlandı — foto 4
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR