Qeyri-etik video paylaşan tiktoker SAXLANILDI

Qeyri-etik video paylaşan tiktoker SAXLANILDI
Kateqoriya məlum deyil
T

Sosial şəbəkədə qeyri-etik paylaşımlar edən daha bir tiktoker saxlanılıb.

Sfera.az xəbər verir ki, 27 yaşlı Cavid Abbasov (şərti adla) öz fotosunun üzərinə qeyri-etik və nalayiq ifadələr yazaraq video düzəldib.

Həmin videonu "TikTok" sosial şəbəkəsində idarəçisi olduğu "Qara qartal" adlı səhifəsində paylaşıb.

Faktla bağlı C.Abbasov polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin yol verilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

C.Abbasov əməlindən peşman olduğunu və paylaşımı edərkən sərxoş olmasını bildirib. O, gələcəkdə bir daha belə hallara yol verməyəcəyini deyərək, barəsində yüngül cəza tətbiq olunmasını istəyib.

Məhkəmənin qərarı ilə, o, 700 manat inzibati qaydada cərimələnib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR