Bakıda dənizdə batan uşağın meyiti tapıldı

Bakıda dənizdə batan uşağın meyiti tapıldı
Kateqoriya məlum deyil
T

Bakıda dənizdə batan yeniyetmənin meyiti tapılıb.

Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, dənizdə batan 16 yaşlı Seyidəmirov Asiman Elaqif oğlunun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılaraq, çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə avqustun 6-da Sabunçu rayonu, Pirşağı qəsəbəsində, ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə baş verib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR