Logo

Elektrik naqilinə toxunan heyvan tələf oldu - FOTO

Elektrik naqilinə toxunan heyvan tələf oldu - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Cəlilabad rayonunda qırılaraq yerə düşən elektrik naqilinə toxunan iribuynuzlu heyvan tələf olub.

Sfera.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Privolnoye kəndində baş verib.

Kənd sakini Bariz Məhərrəmovun sözlərinə görə, heyvanlarını örüş sahəsinə apararkən küçədə qırılaraq yerə düşmüş elektrik naqilinə toxunan iribuynuzlu heyvan cərəyan vurması nəticəsində ölüb.

Zərərçəkən bildirib ki, tələf olan heyvanın bazar dəyəri təxminən 4 min manat təşkil edir.

Elektrik naqilinə toxunan heyvan tələf oldu - FOTO — foto 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR