Ağdərədə mina partlayıb, 2 nəfər xəsarət alıb

Ağdərədə mina partlayıb, 2 nəfər xəsarət alıb
Kateqoriya məlum deyil
T

Ağdərə rayonu Çardaqlı kəndi ərazisində baş verən partlayış səbəbilə xəsarət alan 2 nəfər (kişi) 3 avqust tarixində saat 10:40 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Sfera.az xəbər verir ki, bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.

Məlumata görə, onlardan 1994-cü il təvəllüdlü şəxsə sağ aşıq baldırın amputasiyası, 1998-ci il təvəllüdlü şəxsə isə qarının ön divarının çoxsaylı qəlpə yaraları diaqnozu təyin edilib.

Xəsarət alan şəxslərdən 1998-ci il təvəllüdlü şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Digər pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR