İşlədiyi mağazadan oğurluq edən şəxs SAXLANILDI

İşlədiyi mağazadan oğurluq edən şəxs SAXLANILDI
Kateqoriya məlum deyil
T

Paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində oğurluq faktı qeydə alınıb.

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Zərərçəkən polisə müraciət edərək icarədarı olduğu mağazadan 2169 manat dəyərində məişət əşyalarının naməlum şəraitdə talandığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı S.Cabbarov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla həmin şəxsin çalışdığı mağazadan hissə-hissə oğurladığı məhsulları satdığı məlum olub.

Araşdırmalar davam etdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR