Sosial şəbəkədə söyüş yazan şəxs həbs olundu
Sosial şəbəkələrdə qeyri-etik hərəkətlərə yol verən daha bir şəxslə bağlı tədbir görülüb.
Sfera.az-ın məlumatına görə, 28 yaşlı İmişli rayon sakini Fuad Rüstəmov (şərti adla) sosial şəbəkədə nalayiq ifadələr yazaraq, ictimai mənəviyyatı təhqir edən əməllərə yol verib. Bu hərəkətinə görə, o, polis əməkdaşları tərəfindən saxlanılıb.
Lakin Fuad saxlanılma zamanı səs-küy salaraq, polisin qnauni tələbinə məhəl qoymayıb. Nəticədə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə), 535.1-ci (polis yaxud hərbçinin qanuni tələbinə məhəl qoymamaq) və 510.1-ci (xırda xuliqanlıq) maddələri ilə protokollar tərtib olunub.
F. Rüstəmov ifadəsində peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib. O, barəsində yüngül tənbeh tədbiri görülməsini istəyib.
Məhkəmənin qərarı ilə F. Rüstəmov 10 gün müddətinə inzibati qaydada həbs edilib./modern






