Bilgəhdə dənizdə bir nəfər batıb
Kateqoriya məlum deyil
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Daçnik” adlanan və ən yaxın sularda xilasetmə məntəqəsindən 2km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.
Nazirliyin Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş -2000-ci il təvəllüdlü Kazımov Nizam Rüfət oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.






