Logo

“Daewoo” yol kənarındakı maşınlara çırpıldı - Ölən var

“Daewoo” yol kənarındakı maşınlara çırpıldı - Ölən var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

Sfera.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir yolunda qeydə alınıb.

Belə ki, Ağsu istiqamətindən hərəkət edən Əlismayıl İsmayıl oğlu Nəbiyevin idarə etdiyi “Daewoo Nexia” markalı avtomobil yol kənarında dayanmış 2 ədəd “Vaz 2106” markalı avtomobilə çırpılıb.

Nəticədə həmin avtomobillərin birində olan sərnişin Kamran Nadir oğlu Məmmədov ağır xəsarətlər alıb. O, xəstəxanaya aparılarkən vəfat edib.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində cinayət işi başlanılaraq istintaq aparılır./qafqazinfo

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR