Ağcabədidə qəza: xəsarət alan var
Kateqoriya məlum deyil
Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var.
Sfera.az-ın xəbərinə görə, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.
Ağdam rayon sakini Şirinov Elxan Ələkbər oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən Hindarx qəsəbə sakini, 1988-ci il təvəllüdlü Elmin Rüstəmovu vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Ona ilkin tibbi yardım göstərildikdən sonra Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına göndərilib.
Faktla bağlı araşdırma aparılır.






