Motosiklet və moped qəzaları: 6 ayda 18 nəfər ölüb

Kateqoriya məlum deyil
T
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda motosiklet və mopedlərin iştirakı ilə 37 yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, baş vermiş qəzalar nəticəsində 18 nəfər həyatını itirib, 28 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Komitənin məlumatına görə, həlak olanlardan 1 nəfəri 10-14, 1 nəfəri 15-17, 4 nəfəri 18-20, 3 nəfəri 21-24, 9 nəfəri isə 25-64 yaş qrupuna aiddir.
Yaralananlar arasında isə 15-17 yaş qrupunda 4, 18-20 yaş qrupunda 2, 21-24 yaş qrupunda 7, 25-64 yaş qrupunda 15 nəfər qeydə alınıb.
