Biləsuvarda iki yük maşını toqquşub - Xəsarət alan var

Kateqoriya məlum deyil
T
Biləsuvarda qəzada xəsarət alan var.
Sfera.az xəbər verir ki, hadisə Ələt-Astara magistralında, Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Cəlilabad rayonunun Maşlıq kənd sakini Cavid Zamin oğlu Babayevin idarə etdiyi “Ford Transit” markalı kiçiktonajlı yük avtomobili hərəkətdə olarkən “KamAZ” markalı yük maşınına çırpılıb.
Qəza nəticəsində C.Babayev müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Qeyd edək ki, güclü zərbənin təsirindən "Ford Transit"in ön hissəsi tamamilə yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.
Açar sözlər:
