Füzulidə yanğınlar zamanı minalar partladı

Füzulidə yanğınlar zamanı minalar partladı
Kateqoriya məlum deyil
T

Füzuli rayonunda baş verən yanğınlar zamanı mina partlayışları baş verib.

Sfera.az bildirir ki, rayonun Aşağı Əbdürrəhmanlı və Yuxarı Əbdürrəhmanlı kəndləri istiqamətində qeydə alınan yanğınlar zamanı ərazidə mövcud olan minaların partlaması halları baş verib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əraziyə cəlb olunan qüvvələr tərəfindən yanğının genişlənməsinin qarşısının alınması və tam söndürülməsi üçün əməliyyatlar aparılır./teleqraf

PAYLAŞ