Bir ailədən 3 nəfərin öldüyü qəzanın VİDEOSU

Bir ailədən 3 nəfərin öldüyü qəzanın VİDEOSU
Kateqoriya məlum deyil
T

Xəbər verdiyimiz kimi, Samuxda ölümlə nəticələnən yol qəzası baş verib. Rayonun Sarıqamış kəndi istiqamətində baş verən qəza zamanı "Mercedes" markalı avtomobillə "VAZ2107" markalı maşın toqquşub.

Hadisə nəticəsində Samir Əhmədov (1975-ci il), Fəridə Əhmədova (1987-ci il) və Aqilə Alıyeva (1962-ci il) həlak olublar. 17 yaşlı Əhməd Əhmədov isə yaralanıb. Qəza qurbanlarının hamısı Samuxun Burunqocaq kənd sakinləridir və bir ailənin üzvləridir.

Metbuat.az-ın bölgə müxbiri hadisə yerindən görüntüləri təqdim edir:

PAYLAŞ