Qubada ağır qəzaya düşən şəxslər bir ailənin üzvləridir

Qubada ağır qəzaya düşən şəxslər bir ailənin üzvləridir
Kateqoriya məlum deyil
T

Quba-Qonaqkənd yolunun Rustov kəndindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsində yaralanan şəxslərin kimliyi müəyyənləşib.

Sfera.az xəbər verir ki, Rustov kənd sakini Məmmədqulu Hacıağa oğlu Cəbrayılovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil yolda dayanmış yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində sürücü, onun həyat yoldaşı Mahizər Yusif qızı Cəbrayılova və qohumu Malik Rzaqulu oğlu Cəbrayılov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Məlumata görə, sürücü və sərnişinlərdən birinin vəziyyəti ağır olduğundan onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı Quba Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

PAYLAŞ