Goranboyda kişi tanışını döyüb- Cinayət işi başlanıldı

Kateqoriya məlum deyil
T
Ötən gün Goranboy rayon sakini, 32 yaşlı şəxsin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Sfera.az xəbər verir ki, araşdırmalarla müəyyən edilib ki, rayon sakini, 41 yaşlı Elçin Ağalı şəxsi münasibətlər zəminində tanışına döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə E.Ağalı saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.// qafqazinfo
