Amsterdam yəhudi məktəbində partlayış

Amsterdam yəhudi məktəbində partlayış
Kateqoriya məlum deyil
T

Ötən gecə Amsterdamın Buitenveldert rayonundakı i bir yəhudi məktəbində partlayış baş verib. Hücuma görə məsuliyyəti “Əshab əl-Yameen” təşkilatı öz üzərinə götürüb.

 

Sfera.az xəbər verir ki, mer Femke Halsemanın verdiyi məlumata görə, hadisə şəhərin yəhudi icmasına qarşı qəsdən törədilmiş hücum olub.


Hüquq-mühafizə orqanları hazırda hadisə yerində araşdırma aparır. Görüntülərdə partlayıcı maddələri partladan üzü örtülü bir kişi görünür.

 

İsrailin “Ynet” portalına görə, "Sağçı Gənclərin İslam Hərəkatı" radikal təşkilatı Amsterdamdakı yəhudi məktəbində baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

 

Xatırladaq ki, daha əvvəl qruplaşma Belçikanın Lyej şəhərində, 11 martda Yunanıstanda və 13 martda Hollandiyanın Rotterdam şəhərində sinaqoqlara edilən hücumlara görə məsuliyyəti öz üzərinə götürmüşdü. Bu arada, Hollandiya polisi Rotterdam sinaqoqunda baş verən partlayışda iştirak edən dörd şübhəlini saxlayıb. 17-19 yaş arası gənc kişilər yerli yəhudi icması binasının yaxınlığında saxlanılıb.

 

Xatırladaq ki, şiə qrupu “Əshab əl-Yameen” bu həftəyə qədər tamamilə tanınmırdı. Onların loqotipində Sovet dövründən qalma Draqunov yarımavtomat tüfəngi təsvir olunub. Bu arada, İraqdakı “Kataib Hizbullah”, Livandakı “Hizbullah” və İrandakı İslam İnqilabı Keşikçiləri Korpusunun da emblemlərində Kalaşnikov avtomatları təsvir olunub.

 

Aynil

PAYLAŞ