İranın xəbər saytlarına haker hücumu oldu - FOTO

Kateqoriya məlum deyil
T
İranda bir neçə xəbər agentliyinin rəsmi internet səhifəsinə girişdə problemlər yaranıb.
Sfera.az xəbər verir ki, istifadəçilər iranpressnews.com saytı ilə yanaşı, Islamic Republic News Agency (en.irna.ir) və Mehr News Agency (en.mehrnews.com) daxil olmaqda çətinlik çəkirlər.
İran mediası xəbər verir ki, adıçəkilən saytlar haker hücumuna məruz qalıb.
Media platformalarını hədəf alan daha geniş kiberhücumlar barədə xəbərlər davam etdiyindən, zərər çəkənlər arasında IRNA, ISNA, Tabnak və Asr-e Iran da var.
Firuzə Əliyeva
Sfera.az






