Şəkidə ağır QƏZA: Xəsarət alan var
Kateqoriya məlum deyil
Şəkidə iki avtomobil toqquşub, sürücülərdən biri xəsarət alıb.
Sfera.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Çeşməli kəndi ərazisində baş verib.
“VAZ-2106” markalı avtomobillə “KİA” markalı avtomobillər toqquşub. Bu zaman “VAZ-2106”nın sürücüsü, rayonun İbrahimkənd sakini İbrahim Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Təcili tibbi yardım briqadasının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.






