Logo

Yanan maşını söndürən FHN işçısını digər maşın vuraraq ÖLDÜRDÜ

Yanan maşını söndürən FHN işçısını digər maşın vuraraq ÖLDÜRDÜ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Salyanda yanan avtomobili söndürən Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarını maşın vurub, biri ölüb.

Sfera.az xəbər verir ki, səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Xıdırlı kəndinin ərazisindən keçən hissəsində yanan "Ford Tranzit" markalı yük avtomobilini söndürən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan Yanğından Mühafizə Hissəsinin əməkdaşlarını "Ateco" markalı yük avtomobili vurub. Nəticədə, 1983-cü il təvəllüdlü Neftçala rayonunun Şorkənd kənd sakini Hakim Şahlar oğlu Piriyev hadisə yerində ölüb. Digər əməkdaş, Salyan rayonunun Xocalı kənd sakini, 1989-cu il təvəllüdlü Elşən İnsanağa oğlu Tağıyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./apa

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR