Ucarda məktəbdə yanğın - FOTOLAR

Ucarda məktəbdə yanğın - FOTOLAR
Kateqoriya məlum deyil
T

Ucar rayonunda məktəbdə yanğın olub.

 

Sfera.az xəbər verir ki, hadisə rayonun Ənvər Məmmədxanlı kəndində baş verib.

 

Belə ki, Elman Əliyev adına Ənvər Məmmədxanlı kənd ümumi orta məktəbində güclü yanğın başlayıb.

 

Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

 

Yanğın zamanı 11 otaqdan ibarət olan məktəbin 1 otağı və 24 m² çardaq hissəsi yanıb.

 

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın söndürülüb və əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb.

 

Faktla bağlı araşdırma aparılır araşdırılıb./apa

 

Gallery image 1
Gallery image 2
Thumbnail 1
Thumbnail 2
PAYLAŞ