Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın... - VİDEO

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın... - VİDEO
Kateqoriya məlum deyil
T

Xətai rayonu, Babək prospekti 10 ünvanında çoxmərtəbəli yaşayış binalarından birində yanğın başlayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə müğənni Nura Suri sosial şəbəkə hesabında videogörüntülər paylaşıb.

 

Görüntülərdən aydın olur ki, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və təcili yardım briqadaları cəlb edilib.

 

Hazırda binadan əhalinin təxliyəsi istiqamətində tədbirlər görülür.

 

***

 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Xətai rayonu, Babək prospekti 10B ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onsəkkixmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Mənzillər yanğından mühafizə olunub.

 

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub.

 

PAYLAŞ