Naxçıvanda bir ailənin 6 üzvü zəhərləndi: ölən var

Kateqoriya məlum deyil
T
Naxçıvanda bir ailənin altı üzvü dəm qazından zəhərlənib.
Sfera.az xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Xətai küçəsində qeydə alınıb.
Belə ki, dəm qazı sızması nəticəsində Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1947-ci il təvəllüdlü Məmmədov Niftalı Məmməd oğlu dünyasını dəyişib. N. Məmmədovun beş nəvəsi isə Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, fakt araşdırılır.
