Siyəzəndə gənc oğlan faciəli şəkildə öldü

Kateqoriya məlum deyil
T
Siyəzən rayonu sakini Cəfərov İzzət Zaur oğlu bu gün günorta saatlarında yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Sfera.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.
İ.Cəfərov rayonda fəaliyyət göstərən “Damla” restoranında işləyirmiş.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Allah rəhmət eləsin!
