Logo

KİA sərnişin avtobusu ilə toqquşdu: 3 qadın...

KİA sərnişin avtobusu ilə toqquşdu: 3 qadın...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsində baş verib.

Belə ki, KİA markalı avtomobillə 9 nömrəli şəhərdaxili marşrutxətti üzrə hərəkət edən avtobus toqquşub.

Hadisə nəticəsində Naxçıvan şəhər sakinləri - 1987-ci il təvəllüdlü Təhminə Qəhraman qızı Abdullayeva, 1987-ci il təvəllüdlü Lamiyə Rüfət qızı Qafarova və 1981-ci il təvəllüdlü Vəfa Hüseyn qızı Vəliyeva xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının təcili şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR