Salyanda məktəbdə kütləvi zəhərlənmə - 13 nəfər xəstəxanaya yerləşdirildi

Salyanda məktəbdə kütləvi zəhərlənmə - 13 nəfər xəstəxanaya yerləşdirildi
Kateqoriya məlum deyil
T

Salyan rayonunda məktəbdə kütləvi zəhərlənmə hadisəsi olub, 13 nəfər xəstəxanaya yerləşdirilib.

 

Sfera.az report.az-a istinadən xəbər verir ki, hadisə Yuxarı Noxudlu kəndində yerləşən məktəbdə qeydə alınıb.

 

İlkin məlumata görə, 11 şagird və 2 xadimə odun sobasından ayrılan tüstüdən zəhərlənmə şübhəsi ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ