Bakıda 21 yaşlı gənc bıçaqlandı- Vəziyyəti ağırdır
Kateqoriya məlum deyil
Bakının Xətai rayonunda baş verən dava zamanı 21 yaşlı gənc bıçaqlanıb.
Sfera.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Vunqtau küçəsində qeydə alınıb.
Masazır qəsəbə sakini, 2005-ci il təvəllüdlü Ramal Ələkbərov Vunqtau küçəsi, bina 16-nın qarşısında naməlum şəxsin hücumuna məruz qalıb.
Bıçaq xəsarətləri alan R.Ələkbərov xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.






