Sərnişinlərdən neçəsi azərbaycanlıdır? - RƏSMİ AÇIQLAMA
Hadisə
12:15 / 25.12.2024
93770
Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Rəsmi məlumata görə, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Sfera.az xəbər verir ki, təyyarənin bortunda 37 Azərbaycan vətəndaşı, 6 Qazaxıstan vətəndaşı, 3 Qırğızıstan vətəndaşı və 16 Rusiya vətəndaşı olub.
Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumat yayıb.
Nazirlikdən əlavə edilib ki, bunlar ilkin məlumatlardır.
Firuzə Əliyeva