Bakıda qonşular arasında dava: ata və oğlu bıçaqlandı

Bakıda qonşular arasında dava: ata və oğlu bıçaqlandı
Kateqoriya məlum deyil
T
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakının Xətai rayonunda dava zamanı üç nəfər xəsarət alıb.

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Əliağa Şıxlınski küçəsində baş verib.

Belə ki, 1972-ci il təvəllüdlü Kamil Bağırov və oğlu 2004-cü il təvəllüdlü Cavid Bağırov qonşuluqda yaşayan şəxslə dava zamanı bıçaqlanıb. 2003-cü il təvəllüdlü Qabil Mehdiyev isə dava zamanı başından xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR